top of page

Qusarda "Media Kuboku-2026"nın qalibi müəyyənləşdi: Oxu.Az-ın əməkdaşı ən yaxşılardan biri oldu

  • Jul 24
  • 1 min read
The winner of the "Media Cup-2026" was determined in Gusar: An employee of Oxu.az became one of the best

Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında təşkil olunan minifutbol turnirinə yekun vurulub.

Yurd.media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentliklərinin jurnalistlərindən ibarət "Ziya" komandası televiziya işçilərindən formalaşan "Həyat" komandası ilə qarşılaşıb. Oyun "Həyat"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan "Əkinçi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Tərəqqi" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Tərəqqi" 2:0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Tərəqqi", "Əkinçi" və "Həyat" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Anar Məmmədov, Yurd.media-nın baş redaktoru Murad Əliyev, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və "Avrora Qrup"un əməkdaşı Vasif Musayev veriblər.

Turnirin ən yaxşı qapıçısı mükafatı ilk oyunda fədakarlıq göstərərkən zədələnən "Ziya" komandasının qapıçısı, Oxu.Az-ın əməkdaşı Samir Güləliyevə təqdim olunub, yarışın ən yaxşı oyunçusu üçün mükafat isə qalib komandanın kapitanı Murad Şirinova verilib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page