top of page

“Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

  • Jun 9
  • 1 min read
Assistance was provided to 400 families as part of the "Qurban payı" campaign

Qurban bayramı münasibətilə Qırmızı Ürəklər Fondu və “Birbank” tərəfindən birgə həyata keçirilən ənənəvi “Qurban payı” ianə toplama aksiyası uğurla başa çatıb. Aksiya çərçivəsində aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan 400 ailəyə qurban payı təqdim edilib.

“Birbank” mobil tətbiqi vasitəsilə 637 xeyirxah ianəçinin dəstəyi ilə ümumilikdə 5 492 AZN vəsait toplanıb. Bununla yanaşı, “Kapital Bank” filiallarında yerləşən ianə qutularından toplanan vəsait də aksiyaya yönəldilib.

Toplanan vəsait hesabına ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payları hazırlanaraq çatdırılıb. Aksiyanın həyata keçirilməsində 80 könüllü fəal iştirak edib. Bayram payları könüllülər vasitəsilə yardıma ehtiyacı olan ailələrə çatdırılıb.

Fond ənənəvi olaraq təşkil olunan bu aksiya ilə bayram günlərində yardıma ehtiyacı olan ailələrin sevincinə şərik olmağı, eyni zamanda cəmiyyətin hər bir fərdinə sosial məsuliyyət və həmrəylik hissini aşılamağı hədəfləyir.

“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.

Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün “Red Hearts”ın saytına daxil ola bilərsiniz.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page