top of page

Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı

  • 9 hours ago
  • 1 min read
The project aimed at strengthening women's entrepreneurial potential in Quba has been completed

"Azercell"in dəstəyi ilə həyata keçirilən təşəbbüs regionda qadınların innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına töhfə verib

Quba və ətraf regionlarda yaşayan gənc qadınların innovasiya və sahibkarlıq sahəsində potensialının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və startap ekosistemində iştirakının təşviqinə yönəlmiş "StartHer Quba" layihəsi başa çatıb. Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən "Azercell"in dəstəyi ilə həyata keçirilib.

Təşəbbüs çərçivəsində ilkin seçim mərhələsini uğurla keçən 20 qadın innovativ sahibkarlıq, biznes modelinin hazırlanması və ideyaların effektiv təqdimatı üzrə praktiki təlimlərdə iştirak edərək öz startap ideyalarını inkişaf etdirmək üçün zəruri bilik və bacarıqlar əldə edib. Təlim proqramını uğurla tamamlayan bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Proqramın yekununda iştirakçılar hazırladıqları ideyaları münsiflər heyətinə təqdim ediblər. Layihələr təhsil, səhiyyə, turizm, əmlak və kənd təsərrüfatı kimi müxtəlif istiqamətləri əhatə edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin qalibləri pul mükafatları ilə təltif olunub.

Qeyd edək ki, "StartHer Quba" layihəsi "Azercell"in qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılmasına yönəlmiş "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı" sosial layihə müsabiqəsinin üç qalib layihəsindən biridir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page