top of page

“Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub

  • 2 days ago
  • 1 min read
Another 55 participants have been enrolled in training under the "Karabakh SMEs 2026" project

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnkişaf Korporasiyası” QSC-nin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə artıq 4 ildir ki həyata keçirilən “Qarabağ KOB-ları” layihəsi cari ildə də davam etdirilir.

Layihənin məqsədi şəhid ailələrinin üzvləri, müharibə veteranları və ya onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişafına, maddi və sosial rifahının yaxşılaşdırılmasına, yaşadıqları ərazilərdə yeni bizneslərin və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir.

Layihə üzrə Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından seçilmiş daha 55 nəfər iştirakçı təlim prosesinə cəlb edilib.

İştirakçılar üçün insan resurslarının və maliyyənin idarə olunması, satış, biznes planının hazırlanması, marketinq, sosial media marketinqi və biznesə başlama mövzularında funksional təlimlər təşkil olunub. Daha sonra seçilmiş şəxslər peşə təlimlərinə cəlb olunacaqlar.

Növbəti mərhələdə iştirakçılar Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunacaq. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq müvafiq avadanlıqlarla təmin edilmələri, kiçik və orta biznes subyektlərinin yaradılması nəzərdə tutulur.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page