top of page

"PAŞA Holding"in dəstəyi ilə həyata keçirilən "Tənha anaların sosial inkişafına dəstək II" layihəsi fəaliyyətini davam etdirir

  • 3 hours ago
  • 1 min read
The "Support for the Social Development of Single Mothers II" project, implemented with the support of "PASHA Holding", continues its activities

"PAŞA Holding"in dəstəyi, Dövlət Məşğulluq Agentliyi (DMA), Şamaxı Rayon İcra Hakimiyyəti (RİH), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən "Tənha anaların sosial inkişafına dəstək II" layihəsi çərçivəsində Göylər kəndində fəaliyyət göstərən sosial müəssisə fəaliyyətini davam etdirir.

Seçilmiş iştirakçılar DMA tərəfindən peşə təlimlərinə cəlb olunub və "PAŞA Holding"in dəstəyi ilə istehsal üçün zəruri avadanlıqlarla təmin ediliblər. Sosial müəssisənin əsas məqsədi tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Layihə, eyni zamanda, tənha anaların və aztəminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmağa və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə imkan yaradır.

2026-cı ildə "Tənha Anaların Sosial İnkişafına Dəstək I" layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində işçilərin sayı 10 nəfərdən 24 nəfərə çatdırılıb.

Qeyd edək ki, qadınların səlahiyyətləndirilməsi mövzusu "PAŞA Holding"in Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasında mühüm yer tutur. Bu istiqamətdə "PAŞA Holding" və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, "Ana Sahibkar", "Women Bazaar" layihələri daxildir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page