top of page

“Parla” təqaüd və inkişaf proqramına müraciət başladı

1 day ago
1 min read
Admission for the “Parla” scholarship and development program is now open

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” tərəfindən tələbə qızların təhsil və şəxsi inkişafına dəstək məqsədilə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına müraciətlər başladı.

Proqram çərçivəsində seçiləcək 50 tələbə qıza aylıq 200 manat təqaüd veriləcək. Bununla yanaşı, iştirakçılar peşəkar və şəxsi inkişaflarına töhfə verəcək müxtəlif imkanlardan yararlanacaqlar. Proqram iştirakçıları təcrübə, mentorluq və təlimlərə, həmçinin “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin tədris proqramlarına çıxış əldə edəcəklər.

Proqramın davamlılığının təmin olunması, məzunlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Parla” Məzunlar İcması yaradılıb.  İcmanın yaradılması proqram iştirakçıları üçün məzun olduqdan sonrakı dövrdə də inkişaf, əməkdaşlıq və şəbəkələşmə imkanlarının davamlı şəkildə dəstəklənməsinə xidmət edir. İcma çərçivəsində müxtəlif təlimlər, mentorluq görüşləri, peşəkar inkişaf sessiyaları və şəbəkələşmə tədbirləri keçirilir. 

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page