top of page

Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar

  • Jun 22
  • 2 min read
Members of the Norm Masters Club successfully completed the practical exam

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “Norm” ASC-nin tərəfdaşlığı çərçivəsində qeyri-formal və informal təhsilin tanınması istiqamətində “İnşaat ustası” peşə ixtisası üzrə qiymətləndirmənin ikinci mərhələsi başa çatıb.

İyunun 8, 9 və 10-da keçirilən praktik imtahanlarda nəzəri mərhələni uğurla başa vurmuş 24 usta iştirak edib. Qiymətləndirmə prosesində ustalar peşə standartlarına müvafiq modullar üzrə tapşırıqları yerinə yetiriblər. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Norm Ustalar Klubunun nümayəndələrinin təmsil olunduğu komissiyanın yekun rəyi əsasında 24 iştirakçının hamısının nəticəsi məqbul hesab olunub.

Növbəti mərhələdə ustalar Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verən sənəd əldə edəcəklər.

“Norm” ASC ilə TKTA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən ustaların bilik və bacarıqlarının qiymətləndirilməsi layihələrinə 2024-cü ildə start verilib. İlk layihədə 21 usta peşə ixtisasını təsdiq edən rəsmi sənəd əldə etmişdi.

“Norm” ASC peşəkar ustaların inkişafına şərait yaratmaqla, onların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına, eləcə də tikinti sektorunda peşəkarlıq və keyfiyyət standartlarının yüksəldilməsinə dəstək göstərir. İxtisaslı ustaların sayının artması isə öz növbəsində daha keyfiyyətli, təhlükəsiz və etibarlı tikinti işlərinin həyata keçirilməsinə, ölkənin tikinti sektorunun inkişafına və cəmiyyət üçün dayanıqlı infrastrukturun formalaşmasına mühüm töhfə verir. Bu layihə bir daha göstərir ki, şirkət cəmiyyətin inkişafına sosial məsuliyyət layihələri ilə töhfə verməyi korporativ dəyərlərinin ayrılmaz hissəsi hesab edir və bu dəyərləri uzunmüddətli təsir yaradan təşəbbüslərlə dəstəkləyir.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page