top of page

"Norm" "4Sİ Akademiyası - Milli Proqram"ın yeni mərhələsinin tərəfdaşıdır

  • Jul 27
  • 1 min read
"Norm" is a partner of the new stage of "4SI Academy - National Program"

"Norm" ASC İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin "Coursera" şirkəti ilə birgə həyata keçirilən "4Sİ Akademiyası - Milli Proqram"ın yeni mərhələsinə tərəfdaş olaraq qoşulub.

Şirkət korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bu təşəbbüsə qoşulmaqla, ölkəmizdə təhsilin inkişafına, insan kapitalının gücləndirilməsinə, rəqəmsal bacarıqların artırılmasına və gələcəyin peşələrinin tələblərinə uyğun səriştələrin formalaşdırılmasına dəstəyini ifadə edib.

Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına 21 000 ödənişsiz onlayn təlim imkanı təqdim olunur. Təlimlər dünyanın 375-dən çox nüfuzlu universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan və London universitetləri ilə yanaşı, "Google", IBM, "Microsoft", "Meta", "Amazon Web Services" və "DeepLearning.AI" kimi qlobal texnologiya liderləri də yer alır.

Qeyd edək ki, dayanıqlı inkişaf məqsədlərinə müvafiq olaraq, cəmiyyət üçün uzunmüddətli dəyər yaradan layihələrin həyata keçirilməsi və dəstəklənməsi "Norm"un korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət məsuliyyətli biznes prinsiplərinə sadiq qalaraq, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən təşəbbüslərə xüsusi önəm verir. Bu çərçivədə, müxtəlif təhsilyönümlü layihələrdə iştirak edərək, gələcək ixtisaslı kadr potensialının formalaşmasına, gənclərin bilik və bacarıqlarının inkişafına, rəqəmsal səriştələrinin artırılmasına və onların dəyişən əmək bazarının tələblərinə uyğunlaşmasına dəstək göstərir.

"Norm" ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan "NEQSOL Holding"in tərkibinə daxildir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page