top of page

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

  • 2 days ago
  • 2 min read
An inclusive culinary master class was held with the support of Nar

İnklüziv cəmiyyət istiqamətində mütəmadi sosial layihələr həyata keçirən sərfəli mobil operator “Nar” bu dəfə əlilliyi olan şəxsləri kulinariya master-klasında bir araya gətirib.

Layihə iştirakçılarını “Nar”ın baş icraçı direktoru Özgür Genç salamlayıb: “Nar” olaraq, uzun illərdir əlilliyi olan şəxslərin sosial, mədəni, təhsil və məşğulluq sahələrində bərabər və əlçatan imkanlardan faydalanmasını dəstəkləyən ardıcıl layihələr həyata keçiririk. Müxtəlif sahələri əhatə edən təşəbbüslərimizin əsas məqsədi hər kəsin özünə uyğun şəkildə iştirak edə, öz potensialını reallaşdıra və özünü cəmiyyətin bir parçası kimi hiss edə biləcəyi daha inklüziv mühitin formalaşmasına töhfə verməkdir. Bu yolda layihələrimizin iştirakçılarına və bizə dəstək olan tərəfdaşlarımıza təşəkkürümü bildirirəm.”

“Bütün Vücudlar Danışır” sosial layihəsi çərçivəsində keçirilən kulinariya master-klası “Hyatt Regency Baku” hotelində baş tutub. Tədbirin açılışında hotelin baş meneceri Orxan Ələkbərov çıxış edib, daha sonra master-klas baş aşpaz Kənan Balaşovun rəhbərliyi ilə davam edib.

İnklüziv və səmimi atmosferdə baş tutan master-klasda iştirakçılar komanda şəklində çalışaraq müxtəlif təamların hazırlanmasında iştirak ediblər, bu prosesdə həm yeni təcrübələr qazanıblar, həm də yaradıcı yanaşmalarını ortaya qoyublar. Tədbir birgə fəaliyyətin yaratdığı isti ab-hava və iştirakçılar arasındakı səmimi ünsiyyətlə yadda qalıb.

Qeyd edək ki, “Bütün Vücudlar Danışır” sosial layihəsi mobil operator “Nar” və “DanceAbility Azərbaycan” tərəfindən həyata keçirilir. Layihənin 13 dekabr 2025-ci ildən start götürən hazırkı mərhələsində, 75 nəfəri əlilliyi olan şəxslər olmaqla, ümumilikdə 233 nəfər iştirak edib. “Bütün Vücudlar Danışır” sosial layihəsinin hədəfi təlim proqramları, master-klaslar, əlilliyi olan və olmayan şəxslərin birgə iştirak etdiyi rəqs və digər fəaliyyətlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page