top of page

"Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

15 hours ago
1 min read
"Nar" rewarded the university applicants who achieved the highest results of the year

Ölkənin sərfəli mobil operatoru "Nar" gənclərin təhsil və inkişafına yönəlmiş uzunmüddətli təşəbbüslərini davam etdirir. Mobil operator 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən beş abituriyenti mükafatlandırıb. "Modern.az" İnformasiya Agentliyinin tərəfdaşlığı ilə reallaşan təşəbbüs çərçivəsində tələbə adını qazanan gənclərə "Nar"dan qızıl nömrə, 700 manat balans və yeni nəsil planşet təqdim olunub.

"Nar"ın baş icraçı direktoru Özgür Genç tədbirdə çıxış edərək yüksək nəticə göstərən gəncləri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb:

"Bu gün qazandığınız nəticə böyük zəhmət və əzmin göstəricisidir. İnanıram ki, əldə etdiyiniz uğur universitet həyatınızda da yeni hədəflərə doğru inamla irəliləməyiniz üçün möhkəm təməl olacaq. "Nar" olaraq, gənclərin təhsil və inkişaf yolunda onları dəstəkləməyi və uğurlarını dəyərləndirməyi vacib hesab edirik".

Qeyd edək ki, "Nar" artıq 10 ildir yüksək nəticə göstərən abituriyentlərin uğurunu xüsusi hədiyyələrlə qeyd edir. Bu ənənə mobil operatorun təhsilə və gənclərin gələcək inkişafına verdiyi önəmin göstəricilərindən biridir. "Nar"ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page