top of page

Mərkəzi Gömrük Hospitalında “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının uşaqları və əməkdaşları müayinə olunublar

  • 3 days ago
  • 1 min read
Children and employees of the "SOS Children's Villages-Azerbaijan" Association were examined at the Central Customs Hospital

Mərkəzi Gömrük Hospitalında "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində assosiasiyanın bir qrup uşağı və əməkdaşları üçün tibbi müayinələr keçirilib.

Tədbirin rəsmi açılış mərasimində Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, baş həkimin müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, xəstəxananın həkimləri, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının milli direktoru Rəşad Hüseynov, assosiasiyanın həkimi Anjela Əliyeva, analar və uşaqlar iştirak ediblər.

"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində uşaqlar və əməkdaşlar kardioloji, oftalmoloji, otorinolarinqoloji və digər ixtisaslar üzrə tibbi müayinələrdən keçiblər. Müayinələrin nəticələrinə əsasən, onlara müvafiq müalicə təyin edilib, görmə zəifliyi aşkarlanan uşaqlar isə eynəklə təmin olunublar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı ilə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, assosiasiyanın sakinləri üçün mütəmadi olaraq sosial layihələr və tibbi aksiyalar həyata keçirilir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page