top of page

"MiniBoss Business School Baku"da startaplar üzrə milli çempionat keçirilib

  • Jun 18
  • 2 min read
National startup championship held at MiniBoss Business School Baku

"MiniBoss Business School Baku"nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaq və yeniyetmələr arasında startaplar üzrə milli çempionat uğurla baş tutub.

Çempionatda 20 komanda iki əsas istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında mübarizə aparıb.

İştirakçıların layihələri mənfəətlilik, innovativlik, mediada işıqlandırılma, münsiflər heyətinin suallarına cavab vermə bacarığı kimi meyarlar əsasında qiymətləndirilib.

Qeyd edək ki, SIFE kateqoriyası sərbəst sahibkarlıq və biznesyönümlü startapları, SAGE kateqoriyası isə cəmiyyətə və ətraf mühitə fayda verməyi hədəfləyən sosial layihələri əhatə edir.

Çempionatın yekun nəticələrinə əsasən, hər iki kateqoriya üzrə ən yüksək nəticə göstərən üç komanda qalib elan olunub. Bununla yanaşı, iştirakçılar müxtəlif xüsusi nominasiyalar üzrə də mükafatlandırılıblar. Münsiflər heyəti komandaları "Ən yaxşı təqdimat", "Ən kreativ ideya", "Ən innovativ ideya", "Ən yaxşı məhsul dizaynı", "Ən yaxşı səhnə çıxışı", və "Ən uğurlu brend adı" nominasiyaları üzrə qiymətləndirib.

Çempionatın təqdimat mərhələsindən sonra ənənəvi "MiniBoss Bazar" təşkil olunub. Sərgi-satış formatında keçirilən bu platformada tələbələr öz məhsul və xidmətlərini tədbir qonaqlarına təqdim edərək real satış həyata keçirmək imkanı əldə ediblər. Bu mərhələ gənc sahibkarların satış təcrübəsi qazanmasına və müştərilərlə birbaşa ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb.

Qeyd edək ki, cari ilin aprel ayında keçirilən Startap Forumunda iştirakçı komandalar öz biznes və sosial layihələrini yerli biznes ictimaiyyətinin tanınmış nümayəndələri, sahibkarlar və investorlar qarşısında təqdim ediblər. Münsiflər heyətinin qiymətləndirməsi əsasında seçilən layihələrə qrant dəstəyi ayrılıb. Komandalar həmin vəsaitlərdən ilkin kapital kimi istifadə edərək layihələrini reallaşdırıb və əldə etdikləri nəticələri milli çempionatda nümayiş etdiriblər.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan " "MiniBoss Business School " hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında "STARTUP Forum", milli və dünya çempionatları təşkil edir.

Xatırladaq ki, bu il Dünya Çempionatı isə 9-12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page