top of page

"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib

  • 1 day ago
  • 1 min read
McDonald's Azerbaijan celebrated International Children's Day with children from families of martyrs and veterans

"McDonald's Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondu (DSMF) şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib.

"McDonald's"ın Şüvəlan qəsəbəsində yerleşən restoranında 50-dən çox uşaq bir araya gəlib. Qonaqlar üçün nahar, oyunlar və bayram proqramı təşkil olunub, gün isə uşaq əyləncə mərkəzinə səfər və hədiyyələrin təqdim edilməsi ilə yekunlaşb.

Tədbir "McDonald's Azərbaycan" və DSMF arasında 2024-cü ilin fevral ayında imzalanmış memorandumla rəsmiləşdirilən əməkdaşlıq çərçivəsində keçirilib. Bu müddət ərzində tərəflər şəhid ailələrindən olan birinci sinif şagirdlərinin məktəb ləvazimatları ilə təmin edilməsindən beynəlxalq fənn olimpiadalarının iştirakçılarının dəstəklənməsinə, yay istirahətinin təşkili, uşaqların beynəlxalq idman yarışlarında iştirakına və müxtəlif tarix və hadisələrə həsr olunan bayram tədbirinin keçirilməsinə qədər bir sıra sosial və təhsilyönümlü təşəbbüslər həyata keçiriblər.

Bayram, təhsil və sosial layihələr şəhid və qazi ailələrinin uşaqlarına dəstəyə yönəlmiş "McDonald's Azərbaycan" və DSMF-in birgə təşəbbüslərinin vacib hissəsi olaraq qalmaqda davam edir.


 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page