top of page

"McDonald's Azərbaycan" və DSMF şəhid və veteran övladları üçün Novruz bayramı tədbiri təşkil edib

  • 2 days ago
  • 1 min read
McDonald's Azerbaijan and the State Social Fund organized a Novruz holiday event for the children of martyrs and veterans

"McDonald's Azərbaycan şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə birgə Novruz bayramı münasibətilə şəhid və veteran ailələrinin uşaqları üçün bayram tədbiri təşkil edib.

Tədbirdə Sumqayıt şəhərində yaşayan şəhid və veteran ailələrindən olan 50-dən çox uşaq iştirak edib.

Qonaqlar üçün bayram proqramı hazırlanıb. Uşaqlar restoranda nahar edib, daha sonra onlar üçün oyunlar və animatorların iştirakı ilə əyləncə proqramı təşkil olunub. Tədbirin sonunda iştirakçılara xüsusi hədiyyələr təqdim edilib.

Tədbir "McDonald's Azərbaycan" ilə DSMF arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.

Bu əməkdaşlıq şəhid və veteran övladları üçün sosial və təhsil layihələrinin həyata keçirilməsinə yönəlib.

Son illər ərzində bu əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib.

Belə ki, şəhid ailələrindən olan məktəblilərin dəstəklənməsi, onların məktəb ləvazimatları ilə təmin olunması, maarifləndirici görüşlərin təşkili, beynəlxalq olimpiadalarda fərqlənmiş şəhid və veteran övladları üçün yay düşərgələrinin keçirilməsi, eləcə də uşaqlar üçün teatr tamaşaları kimi mədəni təşəbbüslər yerinə yetirilib. Bu layihələr uşaqlar üçün inkişaf, təhsil və ictimai həyatda fəal iştirak imkanları yaradır.

Belə tədbirlərin cari ildə də davam etdirilməsi nəzərdə tutulur.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page