top of page

“McDonald’s Azərbaycan”dan şəhid və qazi ailələrinin övladları üçün yay istirahəti

  • 1 day ago
  • 1 min read
McDonald's Azerbaijan organizes a summer holiday program for the children of martyrs' and veterans' families

“McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu ilə birgə şəhid və qazi ailələrindən olan 12 uşaq və onların yaxınları üçün Bilgəh qəsəbəsində yerləşən “Camphood” düşərgəsinə yay istirahəti təşkil edib.

Proqram iştirakçıları sırasında bu il beynəlxalq idman yarışlarının qalibləri, eləcə də əvvəllər intellektual olimpiadaların və təhsil müsabiqələrinin qalibi olmuş uşaqlar yer alıblar.

İştirakçılar üçün idman, yaradıcılıq və maarifləndirici fəaliyyətləri əhatə edən zəngin proqram hazırlanıb. Uşaqlar həmyaşıdları ilə tanış olub, müxtəlif tədbir və fəaliyyətlərdə iştirak edərək yaddaqalan təəssüratlar qazanıblar.

“Camphood” düşərgəsinə təşkil olunan səfər uşaqlara xoş xatirələr, yeni dostluqlar və faydalı təcrübə qazandırmaqla yanaşı, istirahət, ünsiyyət və inkişaf imkanlarını səmimi və mehriban mühitdə bir araya gətirib.

Layihə “McDonald’s Azərbaycan”la Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış müvafiq memorandum çərçivəsində həyata keçirilən uzunmüddətli tərəfdaşlığın tərkib hissəsidir.

Bu əməkdaşlıq çərçivəsində şirkət şəhid və qazi ailələrinin övladlarının dəstəklənməsinə yönəlmiş korporativ sosial məsuliyyət layihələrini ardıcıl şəkildə həyata keçirməyə davam edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page