top of page

“Məktəbli sinfindən orbital missiyalara”: kosmik təhsil proqramı yekunlaşıb

  • Jul 9
  • 1 min read
“From the School Classroom to Orbital Missions”: the space education program has been completed

“Məktəbli sinfindən orbital missiyalara” (From Classroom to Orbital Missions) təhsil proqramına yekun vurulub.

Bu barədə Kosmik Agentliyin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən “Azərkosmos” Kosmik Akademiyasından məlumat verilib.

Bildirilib ki, "Məlumatların təhlili və qərarların qəbulu” və “Son missiya: inteqrasiya olunmuş Əşyaların İnterneti (IoT) sistemi" mövzularına həsr olunmuş son məşğələlər çərçivəsində iştirakçılar proqram ərzində hazırlanmış kosmik missiyaları təqdim edərək, əldə etdikləri bilik və bacarıqların praktik tətbiqini sərgiləyiblər. Onlar, həmçinin peyklərdən əldə olunan məlumatların təhlili əsasında qərar qəbul etmək bacarığını göstəriblər.

Səkkiz məşğələ ərzində iştirakçılar kosmik missiyaların planlaşdırılması, peyk sistemlərinin layihələşdirilməsi, peyk rabitəsi təşkili, proqramlaşdırma, sensor texnologiyalarının tətbiqi və məlumatların toplanması, emalı və təhlili sahələrində praktik bilik və bacarıqlar əldə ediblər.

Proqramın nəticələri üzrə iştirakçılar kosmik missiyanın konsepsiyasının hazırlanmasından praktik tətbiqinə qədər tam həyat dövrünü mənimsəyiblər.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page