top of page

Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

3 hours ago
2 min read
An educational training session for journalists was held on the occasion of Agricultural Workers' Day

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq çərçivəsində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün maarifləndirici təlim keçirilib.

Təlimin əsas məqsədi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərini media nümayəndələrinə daha ətraflı çatdırmaq, aqrar sahə üzrə bilik və məlumatlılığı artırmaq, həmçinin proqramın məqsəd və vəzifələrinin ictimaiyyətə düzgün, dolğun şəkildə təqdim edilməsinə töhfə vermək olub.

Təlim proqramına uyğun olaraq, ilk olaraq, “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov çıxış edərək holdinqin fəaliyyəti, əsas fəaliyyət istiqamətləri, aqrar sahə və qida sənayesi ilə əlaqəli fəaliyyəti barədə iştirakçılara məlumat verib. O, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalının əhəmiyyətinə, aqrar sektorun inkişafında bu istiqamətlərin roluna toxunub.

Təlim çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas müddəaları və prioritet istiqamətləri barədə ətraflı məlumat verilib. Təqdimatda aqrar informasiya-məsləhət sisteminin formalaşdırılması, inteqrir bitki mühafizəsi tədbirlərinin genişləndirilməsi, zərərli orqanizmlərin aşkarlanması, kənd təsərrüfatı texnikasına texniki nəzarətin təkmilləşdirilməsi və heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması məsələlərinə toxunulub.

Proqramın digər mühüm hissəsi aqrar sahəyə dair termin və anlayışların izahına həsr edilib. Aqrar Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Murtuzəli Hacıyev “Media nümayəndələrinin aqrar sahə ilə bağlı biliklərinin artırılması: aqrar terminlər və anlayışlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda aqrar sahədə istifadə olunan terminlərin düzgün anlaşılması və işlədilməsi, məlumatların dəqiq təqdim olunması, eləcə də kənd təsərrüfatı ilə bağlı xəbərlərin hazırlanmasında peşəkar yanaşmanın əhəmiyyəti vurğulanıb. Sonda mövzuların daha yaxşı mənimsənilməsi və iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə təlim çərçivəsində aqrar biliklər üzrə quiz təşkil olunub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page