top of page

İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi

  • Apr 13
  • 2 min read
The first step from idea to real business: The 6th Startup Forum was held in Baku

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Təşkilatçısı "Miniboss" Biznes Məktəbi olan bu tədbir artıq ölkəmizdə sahibkarlıq sahəsində formalaşmış mühüm bir ənənəyə çevrilib.

Bu il də forumda 20 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkar və investorlarına təqdim ediblər.

Onlardan 11 komanda SIFE, 9 komanda isə SAGE kateqoriyası üzrə çıxış edib.

Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startapları, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələri əhatə edir.

"Miniboss Business School"un Bakı nümayəndəliyinin təsisçisi Nərminə Həsənova açılış nitqində bildirib ki, hər il olduğu kimi, bu il də aprel ayında Startap Biznes Forumu keçirilir və bu səhnə gənc sahibkarların ilk ciddi təqdimat platformasına çevrilib:

"Komandaların formalaşması prosesini hər il xüsusi diqqətlə izləyirəm. Bu il şagirdlər məhsul üzərində işləyərkən daha tez ortaq qərara gəliblər və bütün komanda üzvləri eyni həvəs və sevgi ilə ideyalarına yanaşıblar. Bu, çox önəmli göstəricidir."

Daha sonra çıxış edən "Miniboss" Biznes Məktəbinin direktoru Alina Xələfova forumun əhəmiyyətindən və məktəbin fəaliyyətindən danışıb:

"Bu gün 10 aylıq akademik ilin ən vacib günlərindən biridir. Məhz bu gün şagirdlərimiz öz ideyalarını real səhnədə, canlı auditoriya qarşısında təqdim edirlər. Bu, heç də asan deyil - hətta bir çox böyüklər belə bu cür platformalarda çıxış etmək imkanı əldə etmir. Lakin bizim şagirdlər bu imkana artıq uşaqlıqdan sahib olurlar".

Onun sözlərinə görə il ərzində tələbələr "Coca-Cola", "Aquavita", "Milla", "Diamed" və "Alufar" kimi şirkətlərə təşkil olunan biznes turlarında iştirak edərək bilik və təcrübələrini artırıblar.

Forum çərçivəsində gənc startapçılar layihələrini təqdim edərək biznes planlarını, ideyanın üstünlüklərini, hədəf auditoriyasını, bazar araşdırmasını, maliyyə göstəricilərini və ilkin kapital ehtiyaclarını münsiflər heyətinə təqdim ediblər. Təqdimatlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və seçilən komandaların layihələrinin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılıb.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşlarında uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında Startap Forum - milli və dünya çempionatları təşkil edir. Qeyd edək ki, bu il dünya çempionatı 9-12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page