top of page

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

  • 1 day ago
  • 2 min read
Heydar Aliyev Foundation has organized another entertainment event for children

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə avqustun 26-da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib.

Tədbirə Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə şəhid olmuş qəhrəmanlarımızın övladları, valideyn himayəsindən məhrum və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.

Şənlik uşaqlara xoş və unudulmaz gün yaşatmaq, onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilinə şərait yaratmaq, hər bir uşağın diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədilə təşkil edilib.

İstirahət məkanlarına xüsusi avtobuslarla gələn uşaqlar gün ərzində müxtəlif əyləncəli proqramlarda, maraqlı oyunlarda iştirak edib, yaradıcılıq və ustad dərslərində bacarıqlarını nümayiş etdirib, rəqs edib və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçiriblər.

Dəniz kənarında, yay ab-havasında keçirilən şənlikdə uşaqlar həm də hovuzda doyunca əyləniblər.

Əyləncələrdən zövq alıb, müxtəlif oyunlarda iştirak edən uşaqlar üçün nahar süfrəsi də təşkil olunub.

Ad günləri həmin tarixə təsadüf edənlər isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

11 yaşlı Yunis Abbasov tədbirin onun üçün çox maraqlı keçdiyini bildirərək deyib: "Bu gün burada həmyaşıdlarımla birlikdə çox əyləndim. Birlikdə oyunlar oynadıq, güldük və xoş vaxt keçirdik. Ən çox dostlarımla bir yerdə olmaq mənə xoş gəldi. Belə bir tədbirdə iştirak etdiyim üçün çox sevinirəm".

10 yaşlı Murad Əzimov isə gün ərzində müxtəlif əyləncələrdə iştirak etdiyini deyib. O qeyd edib: "Bu gün mənim üçün çox gözəl keçdi. Burada çoxlu maraqlı oyunlar oldu. Dostlarımla birlikdə əyləndik, yaddaqalan gün keçirdik. Burada olduğum üçün çox sevincliyəm".

Bu cür tədbirdə ikinci dəfə iştirak etdiyini söyləyən 10 yaşlı Mədinə Əzizli isə bildirib: "İkinci dəfədir iştirak edirəm. Bu dəfə də çoxlu oynadıq, hovuzda üzdük, rəqs etdik. Dostlarımla birlikdə bütün günü maraqlı keçirdik".

Uşaqlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində həssas kateqoriyaya aid olan uşaqların hərtərəfli qayğı ilə əhatə edilməsi xüsusi yer tutur. Fond valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhidlərimizin bizə əmanət qalan övladları üçün mütəmadi olaraq əyləncəli proqramlar təşkil edir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page