top of page

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

1 hour ago
1 min read
A volleyball festival will be held in Ganja for the first time

Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında ilk dəfə voleybol festivalı keçiriləcək.

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” voleybol klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə baş tutacaq festival “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında təşkil olunacaq.

Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan festival müxtəlif idman və əyləncə proqramlarını özündə birləşdirəcək.

Tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri keçiriləcək, həmçinin dostluq oyunu təşkil olunacaq. 10–14 yaşlı uşaqlar arasında minivoleybol turniri keçiriləcək, iştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları təşkil ediləcək. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Festivalın xüsusi məqamlarından biri “Gəncə” klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olacaq. Komandanın yeni mövsüm üçün formalaşdırılan heyəti azarkeşlərə təqdim ediləcək.

İştirakçılar və azarkeşlər sevimli voleybolçuları ilə görüşərək onlardan avtoqraf ala, xatirə şəkilləri çəkdirə və günün xoş anlarını bölüşə biləcəklər. Eyni zamanda, festivalın rəngarəngliyini artırmaq məqsədilə fləş-mobun keçirilməsi də nəzərdə tutulur.

Voleybolu, musiqini və əyləncəni bir araya gətirəcək festivalın sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təqdim olunacaq.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page