top of page

“Gələcəyin Bacarıqları” layihəsinə start verilir!

Nov 12
1 min read
The “Skills of the Future” project is launching!

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə gənclərin rəqəmsal savadlılığının artırılması məqsədilə “Gələcəyin Bacarıqları” layihəsi həyata keçiriləcək.

 

Layihənin əsas məqsədi ⁠gənclərin rəqəmsal alətlərdən səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də onların müasir əmək bazarının tələblərinə uyğun rəqəmsal kompetensiyalar əldə etmələrinə dəstək olmaqdır.

 

Layihə çərçivəsində iştirakçılar:

 

• İnnovativ texnologiyalarla tanış olacaq;

• Rəqəmsal savadlılıq və informasiya texnologiyalarının əsasları;

• Müasir rəqəmsal alətlər və onların təhsil, karyera və gündəlik həyatda tətbiqi;

• Proqramlaşdırma və alqoritmik düşüncənin əsasları;

• İnformasiya təhlükəsizliyi və rəqəmsal mühitdə fərdi məlumatların qorunması;

• Məlumatların idarə edilməsi, təhlili və rəqəmsal həllərin hazırlanması;

• Rəqəmsal innovasiyalar, texnoloji sahibkarlıq və gələcəyin peşələri mövzularında təlimlərdə iştirak edəcək.

 

Kimlər müraciət edə bilər?

 

• 16–29 yaş arası gənclər;

• İnformasiya texnologiyaları və rəqəmsal yeniliklərə marağı olanlar;

• Rəqəmsal savadlılığını və texnoloji bacarıqlarını inkişaf etdirmək istəyənlər;

• Proqramlaşdırma, informasiya təhlükəsizliyi və innovativ texnologiyalar haqqında ilkin biliklər əldə etmək istəyənlər;

• Gələcək karyerasını rəqəmsal texnologiyalar və İT sahəsində qurmağı planlaşdıranlar.

 

Layihə 20–23 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində baş tutacaq.

 

 

Son qeydiyyat tarixi: 13.11.2026.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page