top of page

Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş

2 hours ago
1 min read
A touch of nature from "OBA" on its 10th anniversary

Fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” silsilə korporativ sosial məsuliyyət layihələri çərçivəsində növbəti təşəbbüsünü 20 Sentyabr – Dünya Təmizlik Gününə həsr edib. “OBA”nın region üzrə satış əməkdaşları bu dəfə Nabran ərazisində bir araya gələrək meşəlik və dənizkənarı sahələrin təmizlənməsinə töhfə veriblər.

Təmizlik aksiyası zamanı ərazidəki tullantılar toplanıb, meşə və sahilboyu ərazilərin daha təmiz, sağlam mühitə çevrilməsi istiqamətində birgə iş aparılıb. Təşəbbüsün əsas məqsədi ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq etmək, təbiətin qorunmasına diqqəti artırmaq və əməkdaşları ortaq sosial dəyər ətrafında birləşdirmək olub.

10 il ərzində Azərbaycanın müxtəlif bölgələrində müştərilərinin gündəlik həyatının bir hissəsinə çevrilən “OBA” yubiley ilində bu qonşuluğun izini sosial layihələrlə davam etdirir. “Qonşuluqda 10 iz” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr cəmiyyətə, insanlara və ətraf mühitə fayda yaratmaq məqsədi daşıyır.

Nabranda keçirilən ekoloji aksiya da bu yanaşmanın təbiətdə qoyulan izlərindən biri olub. “OBA” bundan sonra da ətraf mühitin qorunmasına, təmiz və sağlam yaşayış mühitinin formalaşdırılmasına xidmət edən təşəbbüsləri davam etdirməyi hədəfləyir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page