top of page

"FIFA-2026" finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi: "Birbank" və "Visa"nın kampaniyası yekunlaşdı

  • 3 days ago
  • 1 min read
The opportunity to watch the FIFA 2026 final in person was presented to the winner: Birbank and Visa's campaign has concluded

Ölkənin ilk rəqəmsal bankı "Birbank" və "Visa" şirkətinin birgə həyata keçirdiyi "Birbank"la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzrə dünyanın ən möhtəşəm idman hadisələrindən birini yerində izləmək imkanı əldə edib.

Şanslı iştirakçı "FIFA-2026" final oyununa ikinəfərlik biletlə yanaşı, ABŞ-yə tam təşkil olunmuş səyahət paketinin sahibi olub. Paketə 4 gecəlik yerləşmə, hava limanı transferləri, oyun və tədbirlərə nəqliyyat xidməti daxildir. Beləliklə, o, dünya futbolunun ən möhtəşəm anlarından birini rahat və unudulmaz şəkildə yaşamaq fürsəti qazanıb.

Təşkil olunan mükafatlandırma mərasimində hədiyyə rəsmi olaraq qalibə təqdim olunub. Tədbirdə "Birbank" və "Visa" nümayəndələri iştirak ediblər.

Mükafatın sahibi Ş.Məmmədli sevincini bölüşərək bildirib: "Futbol üzrə Dünya Çempionatının finalını stadiondan izləmək mənim üçün inanılmaz fürsətdir. Üstəlik, səfərin bütün təşkilati detallarının düşünülməsi bu təcrübəni daha da xüsusi edir. Bu, həyatım boyu yaşadığım unudulmaz təcrübələrdən biri olacaq".

Xatırladaq ki, kampaniya şərtlərinə əsasən qalib yeni "Birbank" "Visa" taksit kartı əldə edən və "Birmarket" platformasında alış-veriş edən iştirakçılar arasında ən yüksək alış-veriş dövriyyəsinə sahib müştəri seçilib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page