top of page

Expressbank əməkdaşları üçün "Ortopedik sağlamlıq" seminarı keçirilib

  • 9 hours ago
  • 1 min read
"Orthopedic health" seminar was held for Expressbank’s employees

Əməkdaşlarının rifahına xüsusi önəm verən Expressbank bu istiqamətdə növbəti korporativ sosial məsuliyyət təşəbbüsünü reallaşdırıb. Bankın baş ofisində əməkdaşlar üçün "Ortopedik sağlamlıq və düzgün oturma” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Tədbir Expressbank və ölkənin qabaqcıl tibb müəssisələrindən olan "Liv Bona Dea Hospital” arasındakı tərəfdaşlıq çərçivəsində baş tutub. Seminarın əsas məqsədi ofis şəraitində çalışan əməkdaşların onurğa sağlamlığını qorumaq, iş məhsuldarlığını artırmaq və oturaq həyat tərzinin yarada biləcəyi fəsadların qarşısını almaqdan ibarət olub.

Tədbir zamanı "Liv Bona Dea Hospital”ın Fizioterapiya və Reabilitasiya şöbəsinin baş təlimçisi Onur Çay iştirakçılara onurğa sütununun fiziologiyası və gündəlik iş rejimində rast gəlinən yanlış vərdişlər barədə ətraflı məlumat verib. İnteraktiv formatda keçən görüşdə düzgün oturuş vərdişləri, iş mühitində onurğa sağlamlığının qorunması üsulları və gündəlik fiziki hərəkətlər kimi vacib mövzular ətraflı şəkildə əhatə olunub.

Seminarın sonunda təlimçi tərəfindən əməkdaşları maraqlandıran suallar cavablandırılıb və onurğa ağrılarının profilaktikası üçün fərdi məsləhətlər verilib.

Qeyd edək ki, Expressbank əməkdaşlarının sağlamlıq və fiziki rifahını dəstəkləyən tədbirləri"Sağlam komanda” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində həyata keçirir. Belə ki, bu layihə əməkdaşların həm iş prosesində, həm də gündəlik həyatda sağlamlıq vərdişlərinə yiyələnməsini təmin edərək, komanda daxilində yüksək motivasiya və rifahın qorunmasını əsas hədəf seçib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page