top of page

"Expressbank" Xankəndi şəhərinə mediatur təşkil edib

  • 2 hours ago
  • 1 min read
Expressbank organized a media tour to the city of Khankendi

"Expressbank" Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkənin aparıcı media qurumlarının nümayəndələri üçün Xankəndi şəhərinə mediatur təşkil edib.

2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması fonunda keçirilən səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində reallaşdırılan investisiya layihələrini və "Expressbank"ın bu prosesə verdiyi maliyyə dəstəyini media nümayəndələrinə yerində təqdim etmək olub.

Mediatur çərçivəsində iştirakçılar Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyi ilə "Expressbank" tərəfindən güzəştli biznes krediti ilə maliyyələşdirilmiş "GP Safety" MMC - İş Əlcəkləri İstehsalı Müəssisəsini ziyarət ediblər.

Ziyarət zamanı media nümayəndələrinə müəssisənin istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Bildirilib ki, bu kimi layihələr regionda yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın genişlənməsinə və iqtisadi fəallığın artırılmasına xidmət etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinə də mühüm töhfə verir.

Müəssisə ilə tanışlıqdan sonra Bank əməkdaşları və media nümayəndələri nahar süfrəsi ətrafında toplaşıblar. Səfər proqramı çərçivəsində iştirakçılar Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək sərbəst zaman keçiriblər. Zəfər Parkına səfər media nümayəndələrinə ölkənin tarixi qələbəsinin rəmzlərindən biri ilə yanaşı, regionda aparılan genişmiqyaslı yenidənqurma işlərini də yerində müşahidə etmək imkanı yaradıb.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page