top of page

“Expressbank” “Qlobal Pul Həftəsi” ilə əlaqədar məktəblilərlə görüşüb

  • 6 days ago
  • 1 min read
Expressbank met with schoolchildren on the occasion of “Global Money Week”

“Qlobal Pul Həftəsi” çərçivəsində “Expressbank” tərəfindən Xətai rayonu, 55 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci və 8-ci sinif şagirdləri üçün maarifləndirici tədbir təşkil olunub.

Seminar zamanı şagirdlərə pulun düzgün idarə olunması, büdcə planlaşdırılması, qənaət vərdişləri və gələcək maliyyə qərarlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. İnteraktiv formatda təşkil olunan görüş şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onlara suallarını birbaşa ünvanlamaq imkanı yaradıb. Tədbir zamanı keçirilən viktorina əsasında şagirdlərin mənimsədikləri maliyyə bilikləri dəyərləndirilib və onlardan fəallığı ilə fərqlənənlər həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Bankın nümayəndəsi, təlimçi Əkbər Tağıyev çıxışı zamanı bildirib ki, maliyyə savadlılığının erkən yaşlardan aşılanması gələcəkdə daha məsuliyyətli və düşünülmüş maliyyə davranışlarının formalaşmasına zəmin yaradır. O, şagirdlərə pulun düzgün şəkildə yığımını və xərclənməsini öyrənməklə gələcəkdə daha ağıllı və məsuliyyətli maliyyə qərarları verə biləcəklərini, eyni zamanda, bu biliklərin onlara pullarını qorumağa, qənaət etməyə və istəklərinə daha düzgün şəkildə çatmağa kömək edəcəyini bildirib.

“Qlobal Pul Həftəsi” kimi beynəlxalq təşəbbüslərdə fəal iştirak edən “Expressbank” gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır. Bank bu kimi tədbirlərdə aktivlik göstərməklə şagirdlərin maliyyə dünyasına daha hazırlıqlı daxil olmalarına və düzgün qərarlar vermələrinə dəstək olur.

“Expressbank” uzunmüddətli strategiyasında əhalinin maliyyə savadlılığının artırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bank bu məqsədlə müxtəlif yaş qrupları üçün təlimlər, seminarlar və maarifləndirmə məqsədli sosial layihələr həyata keçirir. Qurum hesab edir ki, maliyyə biliklərinin genişləndirilməsi yalnız fərdi rifahın yüksəldilməsinə deyil, həm də ümumi iqtisadi inkişafın güclənməsinə töhfə verir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page