top of page

"Expressbank" növbəti ekoloji layihəyə tərəfdaşlıq edib

  • 4 days ago
  • 1 min read
Expressbank has partnered with another environmental project

"Expressbank"ın tərəfdaşlığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Tullantıları hədiyyələrə dəyiş" adlı ekoloji layihə çərçivəsində növbəti tədbir keçirilib.

Tədbir paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Azərsu parkı"nda baş tutub. Aksiya zamanı vətəndaşlardan ətraf mühitin qorunmasına töhfə məqsədilə ümumilikdə 6968 litr plastik butulka, 1038 litr şüşə tullantı və 1776 ədəd işlənmiş batareya müvafiq qaydada zərərsizləşdirilməsi üçün qəbul edilib.

Layihənin əsas məqsədi əhali arasında ekoloji şüurun artırılması, tullantıların düzgün idarə olunmasının təşviqi və təkrar emal vərdişlərinin formalaşdırılmasıdır. Tədbir iştirakçıları tullantıları təhvil vermək qarşılığında müxtəlif hədiyyələr də əldə ediblər.

"Expressbank"dan bildirilib ki, maliyyə institutu olaraq ekoloji təşəbbüslərə dəstək vermək onların korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir və bu fəaliyyətlər dayanıqlı bankçılıq prinsiplərinə əsaslanır. Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə aktiv iştirak etməklə yanaşı, cəmiyyətdə bu vərdişlərin davamlı təşviqinə də xüsusi önəm verir.

Qeyd edək ki, "Expressbank" "Təbiətə qayğı - Gələcəyə miras" ekoloji layihəsi çərçivəsində mütəmadi olaraq təşkil etdiyi tədbirlərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və ictimaiyyətdə ekoloji məsuliyyətin artırılmasını hədəfləyir. Bank bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page