top of page

“Expressbank”dan yaşıl addımlar

  • Apr 22
  • 1 min read
Green steps from Expressbank

“Expressbank” ötən 1 il ərzində atdığı “yaşıl addımlar”ın hesabatını açıqlayıb. Bu təşəbbüslər ekosistemin qorunmasına və təbiətdə karbon izinin azaldılmasına real töhfələr verib.

Təbiətin bərpası və işğaldan azad edilmiş torpaqlarımızda quruculuğa dəstək məqsədilə “Expressbank” əməkdaşları tərəfindən 200-dən çox ağac əkilib. Bu, gələcək nəsillər üçün daha yaşıl və sağlam bir mühitin təməllərini qoymaqla yanaşı, bölgənin yenidən canlanması prosesində korporativ sosial məsuliyyət anlayışının və vətəndaşlıq borcunun bariz nümunəsidir.

Ekoloji fəaliyyətlər çərçivəsində tullantıların düzgün idarə olunması və resurslara qənaət xüsusi diqqət mərkəzində saxlanılıb. Ötən il ərzində kağız israfının qarşısının alınması məqsədilə 5 tondan çox kağız toplanaraq təkrar emala yönləndirilib.

Dəniz ekosisteminin mühafizəsinə dəstək məqsədilə keçirilən aksiyada bank əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyilə Xəzər dənizinin sahil zolağından 300 kiloqram tullantı toplayaraq kənarlaşdırıblar. Bununla yanaşı, ətraf mühit üçün ən təhlükəli tullantılardan hesab olunan batareyaların toplanması məqsədilə Bankın ofis və filiallarına xüsusi qutular yerləşdirilib. Beləliklə, yalnız bankın əməkdaşları deyil, həmçinin bankın müştəriləri də bu ekoloji təşəbbüsə qoşulmaq imkanı əldə ediblər. İl ərzində cəmiyyət və təbiət üçün risk yarada biləcək 26 kiloqram batareya tullantısı yığılaraq xüsusi qaydada zərərsizləşdirilməyə yönləndirilib.

Küçə heyvanlarının təhlükəsizliyini təmin etmək məqsədilə “Expressbank”ın 10-dan çox filialının önünə xüsusi pişik yuvaları yerləşdirilib.

Bankın ekoloji istiqamətdə həyata keçirdiyi bütün tədbirlər “Təbiətə qayğı – Gələcəyə miras” layihəsi çərçivəsində icra olunur. Qeyd edək ki, “Expressbank” sosial məsuliyyətli maliyyə qurumu olaraq bu kimi təşəbbüsləri gələcəkdə də prioritet fəaliyyət istiqaməti kimi saxlamağı planlaşdırır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page