top of page

“Expressbank”da Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası

  • 17 hours ago
  • 1 min read
A blood donation campaign dedicated to International Thalassemia Day was held at Expressbank

“Expressbank”da növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.

8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə bankın baş ofisində baş tutan aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq olub.

Respublika Qan Bankı ilə əməkdaşlıq çərçivəsində keçirilən aksiya zamanı donor olmaq istəyən əməkdaşlar əvvəlcə tibbi yoxlamadan keçirilib, həkimlərin rəyinə əsasən, sağlamlıq göstəriciləri uyğun hesab edilən şəxslərdən qan götürülüb.

Təşəbbüsə bankın rəhbər heyəti və Baş ofis əməkdaşları ilə yanaşı, paytaxt filiallarının əməkdaşları da qoşulub.

Qeyd edək ki, qanvermə aksiyaları artıq uzun illərdir “Expressbank”ın korporativ sosial məsuliyyət fəaliyyətlərinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir. Bank gələcək dövrdə də cəmiyyət üçün faydalı sosial layihələrin həyata keçirilməsini planlaşdırır.

“Expressbank” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page