top of page

“Expressbank” “1 milyon ağac” təşəbbüsünə növbəti dəfə qoşulub

  • 6 hours ago
  • 1 min read
Expressbank joins the "1 Million Trees" initiative once again

“Expressbank” Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u çərçivəsində həyata keçirilən növbəti ağacəkmə aksiyasında iştirak edib.

24 aprel 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində “Expressbank”ın struktur rəhbərləri və əməkdaşlarından ibarət heyət fəallıq göstərərək ərazidə yaşıllığın genişləndirilməsinə öz töhfəsini verib.

Bu cür təşəbbüslərdə iştirak etməklə “Expressbank” ətraf mühitin mühafizəsinə dəstəyini davamlı olaraq nümayiş etdirir, ekoloji tarazlığın qorunması və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verməyi prioritet istiqamətlərindən biri kimi müəyyən edir.

Qeyd edək ki, bank “Təbiətə qayğı – Gələcəyə miras” ekoloji sosial məsuliyyət layihəsi çərçivəsində yaşıllıqların artırılmasına və ekoloji şüurun formalaşdırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page