top of page

Carlsberg Azerbaijan “Xəzəri Qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşuldu

11 hours ago
2 min read
Carlsberg Azerbaijan joined the "Let's Protect the Caspian Sea!" coastal cleanup campaign

Carlsberg Azerbaijan əsas tərəfdaşlardan biri qismində “Xəzəri Qoruyaq!” aksiyasına qoşularaq Azərbaycanın sahilyanı ərazilərində keçirilən təmizlik işlərinə dəstək göstərmişdir. Şirkət artıq yeddi ildir bu təşəbbüsə dəstək göstərərək Xəzər dənizinin qorunmasına uzunmüddətli sadiqliyini nümayiş etdirir.

Kampaniya 2 sentyabr 2026-cı il tarixində Xaçmaz, Siyəzən, Neftçala, Lənkəran, Astara və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə başlayıb. Kampaniya çərçivəsində yekun təmizlik aksiyası isə 19 sentyabr tarixində Bilgəh çimərliyində baş tutub.

Carlsberg Azerbaijan əməkdaşları da sahilyanı ərazilərdən tullantıların toplanması aksiyasına qoşularaq təşəbbüsə öz töhfələrini veriblər. Şirkətin stendində iştirakçılara “Xırdalan 0.0” alkoqolsuz pivəsi təqdim olunub.

Təşəbbüslə bağlı fikirlərini bölüşən Carlsberg Azerbaijan şirkətinin baş direktoru Krasimir Lazarov bildirib:

“Xəzəri Qoruyaq!” kampaniyasına dəstək göstərməkdən və təmizlik aksiyalarında iştirak edən könüllülərlə birlikdə bu təşəbbüsə töhfə verməkdən məmnunuq. Vaxtını və əməyini əsirgəməyən həmkarlarımıza, təşkilatçılara və bu təşəbbüsə töhfə verən hər kəsə təşəkkür edirik. Bu təşəbbüs çərçivəsində fəaliyyətimizi gələcəkdə də davam etdirməyi səbirsizliklə gözləyirik.”

Carlsberg Azerbaijan təşəbbüsdə iştirak etməklə dövlət qurumları və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində yerli sahilyanı ərazilərdə həyata keçirilən təmizlik tədbirlərinə dəstək verir. Bu fəaliyyət Carlsberg Group-un “Brewing Tomorrow” dayanıqlılıq proqramında ətraf mühitin qorunması ilə bağlı müəyyən edilmiş məqsədlərə uyğundur.

Carlsberg Azerbaijan ilə yanaşı, kampaniyanın əsas tərəfdaşları sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), EcoHub ekoloji platforması, AmCham, Green ASAN, ASAN Könüllüləri Təşkilatı və Global Media Group da yer alıb.

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü ərəfəsində keçirilən “Xəzəri Qoruyaq!” təşəbbüsü Azərbaycanda artıq 17-ci ildir ki, ardıcıl olaraq təşkil olunur. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page