top of page

"Bolt for Business" "Baku ID 2026"nın dəstək tərəfdaşıdır

2 hours ago
2 min read
"Bolt for Business" is a supporting partner of "Baku ID 2026"

17-18 sentyabr tarixlərində keçiriləcək "Baku ID 2026" regionun startaplarını, investorlarını, biznes liderlərini və innovasiya ekosisteminin nümayəndələrini Bakıda bir araya gətirəcək. Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionlarını əhatə edən aparıcı innovasiya və startap investisiya platformalarından biri olan tədbirə bu il "Bolt for Business" tərəfdaş olaraq dəstək verir.

Bolt 2013-cü ildə Estoniyada startap kimi fəaliyyətə başlayıb və sonrakı illərdə qlobal mobillik platformasına çevrilib. Bu gün şirkət 50-dən çox ölkədə və 850-dən çox şəhərdə fəaliyyət göstərir, platformadan 200 milyondan çox müştəri və 4.5 milyondan çox sürücü, kuryer və biznes tərəfdaşı istifadə edir.

Startap kimi yaranmış bir şirkət olaraq "Bolt" innovasiya və sahibkarlıq ekosisteminin inkişafını təşviq edən təşəbbüslərin əhəmiyyətini yaxşı anlayır. Buna görə də "Baku ID" kimi tədbirlərə dəstək vermək şirkət üçün bu ekosistemin inkişafına töhfə verməyin yollarından biridir. "Baku ID" innovasiya festivalının əvvəlki buraxılışları ümumilikdə 13 500-dən çox iştirakçını və 375-dən çox startapı bir araya gətirib.

"Bolt for Business" tərəfdaşlıq çərçivəsində tədbir iştirakçılarına "Baku ID"yə və tədbirdən geri səfərlərə 30% endirim təqdim edəcək. Bundan əlavə, tərəfdaş təşkilatın əməkdaşları üçün "Bolt for Business" balansı ayrılacaq.

"Bolt for Business" şirkətlərə əməkdaşların, qonaqların və tərəfdaşların səfərlərini vahid platformadan idarə etməyə və nəqliyyat xərclərinə nəzarət etməyə imkan verir. "Baku ID" kimi genişmiqyaslı tədbirlərdə bu yanaşma iştirakçılara şəxsi avtomobildən istifadə etmədən rahat alternativ təqdim edir və tədbir məkanına gələn avtomobillərin sayının, eləcə də parklanma yükünün azalmasına töhfə verə bilər.

"Baku ID" biznes, startap və investisiya icmasını bir araya gətirən mühüm platformadır. Bizim üçün burada iştirak etmək həm bu mühitə dəstək vermək, həm də tədbir iştirakçılarının gediş-gəlişini daha rahat etmək imkanıdır," - deyə "Bolt for Business"in rəhbəri, Salman Babazadə bildirib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page