BMU tələbələri “RoboCode III” yarışında qalib olublar
- Apr 2
- 1 min read

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “RoboCode III” düşərgəsində uğurla iştirak edərək qaliblər sırasında yer alıblar.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi” və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, “Expressbank”ın sponsorluğu ilə həyata keçirilən düşərgə çərçivəsində iştirakçı komandalar müxtəlif innovativ prototiplər hazırlayıblar. Final mərhələsinə vəsiqə qazanan 5 komandanın layihəsi münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Yarışın nəticələrinə əsasən, BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri Şahnabat Rüstəmova, Rəhman Cavziyev və Mühəndislik fakültəsinin tələbələri Ülvü Mahmudov, Nəzrin Həmidovadan ibarət komandanın yerinə yetirdiyi həll III yerə layiq görülüb.
Düşərgənin əsas məqsədi gənclərin robototexnika, avtomatlaşdırma və avtonom sistemlər sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların “ROS” (Robot Operating System) ekosisteminə çıxışını asanlaşdırmaqdır. Bununla yanaşı, proqram çərçivəsində iştirakçıların innovativ layihələr üzərində işləməsinə dəstək göstərilməsi və bu sahədə karyera imkanlarının genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır.
Source of the news: https://azertag.az/xeber/bmu_telebeleri_robocode_iii_yarisinda_qalib_olublar-4101747
P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum




Comments