top of page

Bir ağac əkdin, plastikdən imtina etdin, ətrafı təmizlədin? Bunu paylaş!

  • 4 hours ago
  • 1 min read
Have you planted a tree, given up plastic, cleaned up the environment? Share this!

Ətraf mühit üçün faydalı bir addım atırsansa, indi onu paylaşmaqla başqalarını da buna ruhlandıra bilərsən.

Toyota Bakı Mərkəzinin başladığı #ToyotaBakuBeyondZero Challenge hər kəsi gündəlik həyatda ətraf mühit üçün kiçik, amma real dəyişiklik etməyə çağırır.

Beyond Zero — Toyota-nın daha yaxşı gələcək üçün fəlsəfəsidir: məqsəd yalnız təsiri sıfıra endirmək deyil, sıfırın ötəsinə keçərək planet və cəmiyyət üçün müsbət dəyişiklik yaratmaqdır.

Ağac əkmək, tullantıları təkrar emala vermək, suya qənaət etmək, birdəfəlik plastikdən imtina etmək, yaşadığın ərazini təmizləmək və ya öz ekoloji ideyanı həyata keçirmək – sənin Beyond Zero addımın istənilən formada ola bilər.

Ən əsası isə, bunun üçün Toyota sahibi olmaq lazım deyil. Toyota-nın dəyərlərini bölüşmək üçün Toyota avtomobilinə sahib olmaq məcburiyyətində deyilsən.

Addımını at, Instagram-da paylaş, dostlarını da challenge-a qoşulmağa çağır və #ToyotaBakuBeyondZero hərəkatının bir hissəsi ol.

İlin sonunadək ən maraqlı təşəbbüslər seçiləcək, qalibləri isə Toyota Care Package, Toyota Weekend Experience və xüsusi Toyota hədiyyələri gözləyəcək.

 

Bəs sənin Beyond Zero addımın nə olacaq?

 

Challenge-a necə qoşulmaq və iştirak şərtləri haqqında ətraflı məlumat üçün Toyota Bakı Mərkəzinin rəsmi saytına(www.toyotabaku.az) və @ToyotaCenterBaku Instagram səhifəsinə daxil ol.

Bir addım at. Sıfırın ötəsinə keç.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page