top of page

Beşinci “YAŞAT” düşərgəsinin birinci həftəsi yekunlaşıb

  • Jun 24
  • 1 min read
The first week of the fifth "YAŞAT" camp has been concluded

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə reallaşan 5-ci “YAŞAT” düşərgəsinin ilk həftəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk həftə düşərgədə 10-11 yaşlı 56 şəhid övladı üçün həm əyləncəli, həm də maarifləndirici fəaliyyətlər təşkil olunub.

Onlar hər gün səhər idmanı ilə günə başlayıb, müxtəlif təlimlərdə, ustad dərslərində və əyləncə proqramlarında iştirak ediblər.

“Asterias” Təlim və İnkişaf Mərkəzi tərəfindən robotexnika üzrə, “ABAD” tərəfindən isə müxtəlif ustad dərsləri təşkil edilib. Hoteldaxili əyləncə, hovuz saatlarında, stolüstü idman oyunlarında da uşaqlar əyləncəli və xoş vaxt keçiriblər.

“Dayaq Xeyriyyə” Cəmiyyəti tərəfindən ağız sağlamlığının qorunması mövzusunda maarifləndirici təlim, “Gənc Psixoloqlar” İctimai Birliyinin psixoloqları tərəfindən isə qrup terapiyaları, fərdi görüşlər keçirilib.

Azərbaycan Dövlət Kukla Teatrının komandası tərəfindən “Qaraca qız” tamaşası səhnələşdirilib, "Oyun usta"sı tərəfindən komanda oyunları təşkil edib.

“Forest Education Azerbaijan” ilə qızıl axtarışı oyunu keçirilib, günün davamında idman oyunları və açıq hava şəraitində kino saatı təşkil olunub.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında gənc estrada ulduzları Rəssam və Araz müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçiriblər.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.

Tərəfdaşlar: "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, "Norm" ASC;

Dəstəkçilər: “Happy day cake”, “Cırtdan Entertainment” MMC, "Asterias" Təlim və İnkişaf Mərkəzi, “Circus Sea Breeze”, “Badamlı" Mineral Suları, “Elm Galaxy” MMC;

Media dəstəyi: AzTV, İTV, ASAN Radio/TV.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page