top of page

“Bank of Baku”dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya

  • 7 hours ago
  • 1 min read
"RoboKəşf" initiative from "Bank of Baku" for the children of martyrs and veterans - training and excursion

“Bank of Baku” texnologiya və innovasiyaya əsaslanan inkişaf yanaşmasını korporativ sosial məsuliyyət layihələrində də əks etdirir.

Bu istiqamətdə “Bank of Baku” tərəfindən mayın 25-də şəhid və qazi övladları üçün “RoboKəşf” adlı interaktiv təlim və ekskursiya təşkil edilib.

Sosial Xidmətlər Agentliyi və “RoboSpace” təlim mərkəzinin dəstəyi ilə STEAM İnnovasiyalar Mərkəzində baş tutan tədbirdə 9-14 yaş arası 20-dən çox uşaq iştirak edib.

Layihənin əsas məqsədi uşaqların intellektual inkişafına dəstək olmaq, onlarda müasir texnologiyalara, robototexnikaya və proqramlaşdırmaya maraq oyatmaq, həmçinin asudə vaxtlarını səmərəli və əyləncəli keçirmələrini təmin etmək olub.

Tədbirdə ilk olaraq uşaqlara müasir texnologiyalar, robototexnika barədə ilkin məlumatlar verilib. Daha sonra iştirakçılar komandalar şəklində sadə robot modellərinin hazırlanması üzərində çalışaraq öz robotlarını qurublar və təqdimatlar hazırlayıblar.

Təlimdən sonra iştirakçıların STEAM İnnovasiyalar Mərkəzinə ekskursiyası təşkil edilib. Uşaqlar mərkəzdə müxtəlif innovativ və texnoloji eksponatların olduğu otaqları gəzərək burada elm, texnologiya və mühəndislik sahələrinə dair maraqlı məlumatlar əldə ediblər, eləcə də bir çox eksponatı əyani şəkildə sınaqdan keçiriblər.

Tədbirin sonunda “RoboKəşf” tədbirinin bütün iştirakçılarına “Bank of Baku” tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bank bu cür təşəbbüslərlə texnologiya sahəsində gələcəyin mütəxəssislərinin yetişməsinə öz dəstəyini ifadə edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page