top of page

“Bank of Baku”dan növbəti könüllü qanvermə aksiyası

  • 3 days ago
  • 1 min read
Another voluntary blood donation campaign from Bank of Baku

Biznes fəaliyyətində korporativ sosial məsuliyyəti də daima diqqətdə saxlayan “Bank of Baku” növbəti könüllü qanvermə aksiyası həyata keçirib.

“Bank of Baku”nun Səhiyyə Nazirliyi Respublika Qan Bankı ilə birgə əməkdaşlığı çərçivəsində mayın 13-də baş tutan aksiya talassemiya, hemofiliya və digər qan xəstəlikləri olan insanlara dəstək məqsədi daşıyıb.

“Qan donorluğu həyat xilas edir!” şüarı ilə baş tutan aksiyada “Bank of Baku” əməkdaşları könüllü qan donoru olaraq fəal şəkildə iştirak ediblər. İlkin tibbi müayinədən uğurla keçən əməkdaşlardan həkimlərin nəzarəti altında qan götürülüb.

Qeyd edək ki, toplanan qan nümunələri Respublika Qan Bankında bir daha müvafiq yoxlamalardan keçirildikdən sonra qana ehtiyacı olan insanlar üçün istifadə ediləcək.

Məlumat üçün bildirək ki, “Bank of Baku” bir neçə ildir qanvermə aksiyası təşkil edir, bununla da könüllü qan donorluğunun həyati əhəmiyyətini vurğulayaraq insanları qan verməyə təşviq edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page