“Bank of Baku” Bilgəh sahilində növbəti ekoloji təmizlik aksiyası keçirib
- Jul 7
- 1 min read

"Bank of Baku" ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına yönəlmiş sosial məsuliyyət layihələrini davam etdirir. Bank bu istiqamətdə növbəti ekoloji təşəbbüsünü iyulun 1-də Xəzər dənizinin Bilgəh sahilində reallaşdırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təşkil olunan aksiya çərçivəsində “Bank of Baku”nun əməkdaşları ekokönüllülərlə birlikdə sahilboyu ərazini plastik, şüşə, polietilen və digər məişət tullantılarından təmizləyiblər.
Layihənin əsas məqsədi Xəzər dənizinin və sahilyanı ərazilərin çirklənməsinin qarşısını almaq, eyni zamanda cəmiyyətdə ekoloji məsuliyyət hissinin və ətraf mühitə həssas münasibətin formalaşmasına töhfə verməkdir.
“Bank of Baku” bildirir ki, “Təbiətə Yaxın Bankçılıq” şüarı ilə həyata keçirilən yaşıl təşəbbüslər bankın korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindən biridir. Bu çərçivədə əvvəlki illərdə də müxtəlif təmizlik aksiyaları təşkil olunub və ümumilikdə 1 tona yaxın tullantının toplanmasına nail olunub.
Bank gələcək dövrdə də ətraf mühitin qorunmasına və ekoloji dəyərlərin təşviqinə yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.
Source of the news: https://azerbaijan-news.az/az/posts/detail/bank-of-baku-bilgeh-sahilinde-novbeti-ekoloji-temizlik-aksiyasi-kecirib-1783005077/395697




Comments