"Bakcell"in dəstəyi ilə gənclər üçün "SummerStack Bootcamp" başlayır
- 20 hours ago
- 1 min read

İnnovasiya lideri "Bakcell" gənclərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Şirkətin tərəfdaşlığı ilə "Peerstack Academy" tərəfindən "Java" və "Python" proqramlaşdırma dilləri üzrə "SummerStack Bootcamp" proqramı həyata keçiriləcək.
Üç ay müddətində davam edəcək "bootcamp" proqramının əsas məqsədi gənclərə proqramlaşdırma sahəsində fundamental biliklər qazandırmaq, onları real layihələr üzərində işləməyə cəlb etmək və İT karyerasına güclü başlanğıc imkanı yaratmaqdır.
Proqram "Java" və "Python" proqramlaşdırma istiqamətlərini əhatə edir. Tədris prosesi qarşılıqlı öyrənmə və layihə əsaslı tədris modelləri əsasında qurulacaq. İştirakçılar təcrübəli mentorların dəstəyi ilə praktiki nümunələr üzərində işləyəcək, nəzəri biliklərini praktik tapşırıqlar vasitəsilə tətbiq edəcəklər. "Bakcell"in dəstəyi ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində iştirakçılara 70%-dək təqaüd imkanı təqdim olunacaq.
Qeydiyyatdan keçən iştirakçılar məntiq və proqramlaşdırma biliklərini əhatə edən imtahan mərhələsində, daha sonra isə müsahibə prosesində iştirak edəcəklər.
Proqram iştirakçıların gələcəkdə İT sahəsində peşəkar inkişafı, real iş mühitinə uyğun bacarıqlar qazanması və bu sahədə uğurlu karyera qurmasına dəstək olacaq.
"Bakcell" və "Peerstack Academy" arasında qurulan bu əməkdaşlıq innovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeni imkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.
"Peerstack Academy"nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Source of the news: https://oxu.az/digar/bakcell-in-desteyi-ile-gencler-ucun-summerstack-bootcamp-baslayir




Comments