top of page

"Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc

2 hours ago
1 min read
Great joy for young schoolchildren from "Azərşəkər"

"Azərsun Holdinq" şirkətinin əsas şəkər markası olan "Azərşəkər" tərəfindən bu il də sosial dəstək ənənəsi davam etdirilib.

"Azərşəkər"in xammal təminatında mühüm rol oynayan şəkər çuğunduru fermerlərinin və İmişli Şəkər Zavodunun əməkdaşlarının məktəbli övladları yeni tədris ilinin başlanması münasibətilə müxtəlif məktəb ləvazimatları və şirniyyat hədiyyələri ilə sevindirilib.

Hədiyyələr İmişli şəhərində və Ağcabədi rayonunun Kəbirli kəndində şəkər çuğunduru yetişdirən fermerlərin, eləcə də zavod əməkdaşlarının bu il birinci sinfə başlayan və ibtidai siniflərdə təhsil alan övladlarına təqdim olunub.

Layihənin əsas məqsədi yeni tədris ilinə qədəm qoyan uşaqlara sevinc bəxş etməklə yanaşı, "Azərşəkər"in uzun illərdir əməkdaşlıq etdiyi fermerlərə və İmişli Şəkər Zavodunun əməkdaşlarına olan diqqət və təşəkkürünü ifadə etməkdir.

"Azərşəkər" üçün şəkər çuğunduru yalnız istehsalın əsas xammalı deyil, eyni zamanda yerli fermerlərin əməyi, zəhməti və regionların inkişafı ilə bağlı dəyər zəncirinin mühüm hissəsidir. Bu baxımdan fermerlər və onların ailələri ilə birlikdə olmaq, onların övladlarının sevincini bölüşmək markanın sosial məsuliyyət yanaşmasının vacib istiqamətlərindən biridir.

Yeni dərs ilinin ilk günlərində uşaqların üzündə yaranan təbəssüm isə bu təşəbbüsün ən gözəl nəticəsi oldu.

"Azərşəkər" - yerli zəhmətin, yerli şəkərin və gələcəyin yanında.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page