top of page

"Azərsun Holdinq" "Milli Xalq Oyunları" Festivalına dəstək verib

  • 52 minutes ago
  • 1 min read
Azersun Holding supported the ‘National Folk Games’ Festival

Ölkəmizin milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan  "Azərsun Holdinq” bu dəfə  milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan "Milli Xalq Oyunları" Festivalının təşkil edilməsinə dəstək verib.

 "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihədə qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və  digər idman oyunları keçirilib. 

Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər. 

Elm və Təhsil Nazirliyinin elan etdiyi  "Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil" layihəsində məqsəd təhsilalanların və təhsilverənlərin yaradıcı, sosial və mədəni bacarıqlarını inkişaf etdirmək, milli-mənəvi dəyərlərin məktəbdənkənar fəaliyyətlər vasitəsilə təbliğini təmin etmək, bu istiqamətdə interaktiv və tətbiqyönümlü təhsil mühiti formalaşdırmağa nail olmaq  məqsədi ilə keçirilən layihədə Bakı, Ağdam, Xankəndi və Mingəçevir şəhərlərinin hər birindən 2 məktəb iştirak edib.

Qeyd edək ki, mütəmadi olaraq Korporativ Sosial Məsuliyyət layihələr həyata keçirən "Azərsun Holdinq” 2026-cı il ərzində Azərbaycan dilinə dəstək istiqamətini prioritet elan edib və bu istiqamətdə müxtəlif müsabiqə və layihələr reallaşdırır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page