top of page

“Azərsun Holdinq”in sponsorluğu ilə “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi başa çatdı

  • 19 hours ago
  • 2 min read
The “Wiki loves Mingachevir” international camp, sponsored by Azersun Holding, has concluded

12–16 avqust 2026-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "Vikimedia Azərbaycan" istifadəçi qrupunun təşkilatçılığı və “Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunmuş "Viki Mingəçeviri sevir" beynəlxalq düşərgəsi uğurla yekunlaşıb.

5 gün davam edən layihənin əsas məqsədi Azərbaycan Vikimedia icmasının fəal üzvlərini və regional viki-icmaları bir araya gətirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək, eləcə də Azərbaycan dilində Vikipediyanın məzmun və keyfiyyət göstəricilərinin daha da yüksəldilməsinə töhfə vermək olub. Düşərgədə yerli mütəxəssislərlə yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 20-yə yaxın təcrübəli vikipediyaçı da iştirak edib.

Düşərgə çərçivəsində Vikipediyanın 25 illik inkişaf yolu nəzərdən keçirilib, təhsildə Vikipediyanın tətbiqi, mənbələrlə iş və neytrallıq prinsipləri, habelə Viki-layihələrdə süni intellekt, qadcetlər və akademik informasiya platformalarının istifadəsi kimi aktual mövzularda təlim və təqdimatlar keçirilib. Düşərgədə regional təcrübələrlə yanaşı, türkdilli dövlətlərin viki icma layihələrinin uğurlu modulları, eləcə də "Vikimaniya 2026 (Paris)" yenilikləri geniş müzakirə olunub.

Keçirilən editatonlar (yazı marafonları) nəticəsində Azərbaycan gəncləri, idmanı və Mingəçevir mövzularında 512 yeni məqalə yaradılıb və 4000-dən çox redaktə həyata keçirilib.

İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə kanoe və avarçəkmə bazası ilə tanışlıq, praktiki kanoe sürüşləri, habelə "Nə? Harada? Necə?" (NHN) və "Brain Ring" intellektual yarışları təşkil olunub. Tədbirin yekununda fəal iştirakçılara sertifikatlar təqdim edilib. Həmçinin düşərgə müddətində təşkil olunan müxtəlif yarış və müsabiqələrin qaliblərinə “Azərsun Holdinq” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Azərsun Holdinq" gənclərin inkişafı və açıq bilik resurslarının zənginləşdirilməsi istiqamətində "Vikimedia Azərbaycan" ilə sıx əməkdaşlıq edir. Daha əvvəl bu əməkdaşlıq çərçivəsində həyata keçirilən "Vikisun" layihəsi nəticəsində holdinq əməkdaşları tərəfindən hazırlanan 5 000-ə yaxın məqalə Vikipediyaya yerləşdirilib. 

Şirkətin "Viki Mingəçeviri sevir" beynəlxalq düşərgəsinə sponsorluq dəstəyi də Azərbaycan dilində rəqəmsal bilik bazasının inkişafına verilən növbəti mühüm töhfəsidir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page