top of page

“Azərsun Holdinq” beynəlxalq ətraf mühit tədbirini dəstəkləyib

  • 4 days ago
  • 1 min read
Azersun Holding supports international environmental event

“Azərsun Holdinq” 5 iyun - Dünya Ətraf Mühit Günü 2026 (World Environment Day 2026) münasibətilə Bakı şəhərində keçirilən rəsmi açılış mərasiminin və əlaqədar tədbirlərin dəstəkçilərindən biri kimi ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahəsində həyata keçirilən qlobal təşəbbüslərə öz töhfəsini verib.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun - Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, elm adamları və biznes ictimaiyyətinin nümayəndələri iştirak edərək iqlim dəyişiklikləri, metan emissiyalarının azaldılması, təbii ehtiyatların qorunması və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi və resurslardan səmərəli istifadə “Azərsun Holdinq”in korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Holdinq fəaliyyət göstərdiyi müəssisələrdə ekoloji təsirin azaldılması, enerji səmərəliliyinin artırılması və müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl layihələr həyata keçirir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page