top of page

"Azərlotereya" jurnalistlər arasında "FC 26" çempionatı keçirdi

  • 7 hours ago
  • 1 min read
"Azerlotereya" held the "FC 26" championship among journalists

"Azərlotereya" ASC-nin "Media Club" layihəsi çərçivəsində 22 iyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri arasında "FC 26" çempionatı və futbol viktorinası təşkil olunub.

40-a yaxın media nümayəndəsinin iştirak etdiyi proqramda öncə püşkatma mərhələsi keçirilib, daha sonra jurnalistlər "PlayStation" platformasında "FC 26" futbol çempionatında yarışıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda birinci yerin qalibi Fanat.az saytının müxbiri Kamil Xudiyev, ikinci yerin sahibi Apasport.az saytının baş redaktoru Rasim Sultanzadə, üçüncü yerdə isə Sportnet.az saytının müxbiri Həşim Məmmədov olub.

Futbolun tarixi, dünya çempionatları, rekordlar və maraqlı faktlara dair sualların yer aldığı viktorinada Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev və Fanat.az saytının müxbiri Kamil Xudiyev qalib olublar. Qaliblərə müxtəlif pul mükafatları və hədiyyələr təqdim edilib.

Tədbir şam yeməyi və futbol üzrə dünya çempionatının yarımfinal qarşılaşmasının birgə izlənilməsi ilə davam edib.

"Azərlotereya"nın "Media Club" layihəsi çərçivəsində mütəmadi olaraq müxtəlif formatlı idman, intellektual və əyləncəli tədbirlər keçirilir. Əsas məqsəd media nümayəndələri arasında ünsiyyəti gücləndirmək, onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə töhfə verməkdir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page