top of page

“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

  • 7 hours ago
  • 1 min read
“Aztelekom” expands digital literacy initiative for teachers

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.

Layihənin məqsədi müəllimlərin internetdən səmərəli və təhlükəsiz istifadə imkanlarını daha da gücləndirmək, rəqəmsal savadlılığın inkişafına dəstək olmaq və onlayn təhlükələrdən qorunma sahəsində məlumatlılığı artırmaqdır.

Layihə çərçivəsində növbəti təlimlər Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan məktəblərdən 100-dən çox müəllim üçün onlayn şəkildə təşkil olunub.

“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edib.

Sessiyalar real vəziyyətlərə əsaslanan müzakirələr və praktiki yanaşmalar üzərində qurulan interaktiv formatda keçirilib.

Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.

Qeyd edək ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib. Eyni zamanda Gəncə-Daşkəsən, Lənkəran-Astara, Quba-Xaçmaz və Mərkəzi Aran regional təhsil idarələrinin tabeliyində olan məktəblərdən müəllimlər üçün də onlayn təlimlər təşkil olunub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page