top of page

Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı

  • Jun 19
  • 1 min read
“RobotChallenge Azerbaijan 2026” successfully concluded with the support of Azercell

Yarışın nəticələrinə əsasən ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub


Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “RobotChallenge Azerbaijan 2026” uğurla yekunlaşıb. Dünyanın ən nüfuzlu robototexnika yarışlarından biri olan “RobotChallenge”in ilk yerli mərhələsi gənclər arasında STEAM təhsilinin təşviqinə və ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verən mühüm platformaya çevrilib.

Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 600-dən çox iştirakçı, 200-dən artıq komanda mübarizə aparıb. Yarışın açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Sona Abbasova gənclərin innovasiya və mühəndislik sahələrindəki potensialının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. S. Abbasova bildirib ki, Azercell ölkədə rəqəmsal bacarıqların inkişafına və gələcəyin texnologiya liderlərinin formalaşmasına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, yarış iştirakçıları müxtəlif kateqoriyalar üzrə öz texniki bilik və bacarıqlarını nümayiş etdirərək innovativ həllər təqdim ediblər. Dinamik qarşılaşmalar və texnoloji layihələr tədbirə gələn çoxsaylı ziyarətçilərin böyük marağına səbəb olub.

Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya üzrə qaliblər müəyyən olunub. Ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub. Onlardan 12 komanda birinci, 12 komanda ikinci, 12 komanda isə üçüncü yerə layiq görülüb. Komandaların təqdim etdiyi innovativ həllər, texniki yanaşmalar və yüksək performans münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib. Xatırladaq ki, yerli mərhələnin qalibləri Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page