top of page

"Azercell" bütün qadınları “Minlərlə ilmə, bir güc” təşəbbüsünə qoşulmağa dəvət edir

  • 2 days ago
  • 1 min read
Azercell invites all women to join the "Minlərlə ilmə, bir güc" initiative

“Azercell Telekom” MMC qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirərək “Minlərlə ilmə, bir güc” layihəsini təqdim edir. “Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs qadın həmrəyliyinin təşviqi ilə yanaşı, Azərbaycanın zəngin xalçaçılıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verir.

Layihə əsnasında hazırlanan xalça 2–3 may tarixlərində İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalında ictimaiyyətə təqdim olunacaq. Qadınların sosial və mədəni inkişafda rolunu əks etdirən bu konseptual sənət nümunəsi səbri, gücü və həmrəyliyi ehtiva edəcək.

Xalçanın yaradılması prosesi festival günlərində interaktiv formatda həyata keçiriləcək. Belə ki, qadın iştirakçılar xalçaya ilmə vurmaqla bütöv əsərin formalaşmasında birbaşa iştirak edəcəklər.

“Azercell Telekom” MMC bütün qadınları 2-3 may tarixlərində İçərişəhər ərazisində yerləşən Qoşa Qala meydanında keçiriləcək bu təşəbbüsə qoşulmağa dəvət edir. Qadın həmrəyliyini və birgə gücünü ön plana çıxaran xalçanın kəsim mərasiminin isə 3 may tarixində baş tutması planlaşdırılır.

Siz də öz ilmənizlə bu hekayənin bir parçasına çevrilin!

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page