top of page

“Azercell” “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

  • 21 hours ago
  • 2 min read
Azercell was named the "Best local brand" of the year at "Baku Flames" festival

Şirkət regionun aparıcı kreativ platformasında Qran-Pri və 10 mükafatla təltif olundu


Regionun yaradıcı sənaye, innovasiya və müasir kommunikasiya sahəsində aparıcı platformalarından biri hesab olunan “Baku Flames” festivalı uğurla yekunlaşıb. Mayın 15–16-da keçirilən festival bu il də müxtəlif ölkələrdən kreativ sənaye nümayəndələrini, beynəlxalq şirkətləri və media təmsilçilərini bir araya gətirib.

Festival çərçivəsində Amerika Birləşmiş Ştatları, Estoniya, Serbiya, Latviya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan daxil olmaqla 10-dan çox ölkədən ümumilikdə 320 layihə təqdim olunub. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndirilib.

“Azercell Telecom” MMC festivalda yüksək nəticələr əldə edərək, Azərbaycan nominasiyaları üzrə “Ən Yaxşı Yerli Brend” adına layiq görülüb. Eyni zamanda, şirkətin “DigiMax” və “Oflayn Qadınlar” layihələri 1 Qran-Pri, 2 qızıl və 2 bürünc mükafat qazanıb.

Belə ki, “Oflayn Qadınlar” layihəsi “Sosial təsir kampaniyaları” kateqoriyasında Qran-Pri və qızıl mükafata, “Məqsədyönlü strategiya” və “PR-də sosial təsir” üzrə isə bürünc mükafata layiq görülüb. Həmçinin “DigiMax” tarif paketinin tanıtım çarxı “Film istehsalı” nominasiyasında qızıl mükafat əldə edib.

Bununla yanaşı, “Oflayn Qadınlar” sosial layihəsi beynəlxalq kateqoriyalarda mükafat qazanan yeganə yerli brend olaraq 3 gümüş, 2 bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, oflaynqadinlar.az platformasının əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. Sosial təşəbbüs ictimaiyyətə təqdim olunduqdan sonra platforma 30 mindən çox unikal baxış toplayıb.

“Azercell” festival çərçivəsində təşkil olunan panel müzakirələrdə də təmsil olunub. Şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova “Şəxsi brendinq və korporativ reputasiya” mövzusunda çıxış edib.

Texnobloger Fərid Pərdəşünasın moderatorluğu ilə keçirilən paneldə aktyor Azər Aydəmir və müğənni Nigar Camalla birlikdə şəxsi brend və müasir kommunikasiya trendləri müzakirə olunub. Həmçinin “Azercell”in Marketinq Ünsiyyət Vasitələri şöbəsinin rəhbəri Nərgiz Sailova da festivalın panel müzakirələrinə qatılaraq yeni nəslin yaradıcı yanaşmaları barədə fikirlərini bölüşüb.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page