top of page

“Azercell” “Böhran İdarəetmə Qrupu” layihəsinin əhatə dairəsini genişləndirir

  • Aug 15
  • 1 min read
Azercell expands the scope of the “Crisis Management Group” project

Şirkət regionlarda böhran hazırlığını gücləndirmək üçün silsilə təlimlərə davam edir


“Azercell” rabitə infrastrukturunun dayanıqlığının artırılması və böhran hallarına hazırlığın gücləndirilməsi məqsədilə həyata keçirdiyi “Böhran İdarəetmə Qrupu” (BİQ) layihəsinin əhatə dairəsini genişləndirir. Layihənin növbəti mərhələsi çərçivəsində “Aztelekom”un Şimal-Şərq Regional Filialının əməkdaşları üçün xüsusi təlim proqramı təşkil olunub.

Təlimlər zamanı iştirakçılar böhran şəraitində rabitə şəbəkəsinin fəaliyyətinin davamlığının təmin edilməsi, operativ qərarvermə, qəza-bərpa proseslərinin idarə olunması və qurumlararası koordinasiya üzrə nəzəri və praktiki biliklərini inkişaf etdiriblər. Proqram böhran hallarına hazırlıq səviyyəsinin artırılması və regional texniki komandaların peşəkar bacarıqlarının gücləndirilməsinə xidmət edir.

Layihənin növbəti mərhələlərində analoji təlimlərin il ərzində “Aztelekom”un bütün regional filiallarında keçirilməsi planlaşdırılır. Bu təşəbbüs ölkənin müxtəlif bölgələrində böhran vəziyyətlərinə çevik reaksiya verə bilən peşəkar texniki resursların formalaşdırılmasına və vahid fəaliyyət standartlarının tətbiqinə töhfə verəcək.

Qeyd edək ki, “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında 2024-cü ildən etibarən “Azercell”, “Aztelekom” və “Azerkosmos”un əməkdaşlığı ilə həyata keçirilən “Böhran İdarəetmə Qrupu” layihəsi rabitə xidmətlərinin davamlılığının təmin olunmasına yönəlmiş milli əməkdaşlıq modelidir. Layihə təbii fəlakətlər, texnogen qəzalar və digər böhran hallarında operativ informasiya mübadiləsini, resursların çevik səfərbər edilməsini və qəza-bərpa işlərinin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edən vahid idarəetmə mexanizminin formalaşdırılmasını nəzərdə tutur.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page