top of page

Azər Türk Bankda qanvermə aksiyası keçirilib

  • Jun 8
  • 1 min read
A blood donation campaign was held at Azer Turk Bank

Dövlət bankı Azər Türk Bank ölkə Prezidentinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi barədə sərəncamından sonra bu sənəddən irəli gələn məsələlərin həlli istiqamətində görülən işlərə özünün sosial layihələri ilə töhfə verməkdədir.

Bunun bariz nümunələrindən biri də Azər Türk Bankda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti sosial layihə — talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyasının həyata keçirilməsidir. Bankın əməkdaşları könüllü olaraq aksiyada iştirak etmişlər.

Tədbirin yüksək səviyyədə baş tutmasında “Respublika Qan Bankı” publik hüquqi şəxsin tibb personalının da əməyi olub. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülüb.

Qeyd edək ki, bu kimi sosial layihələr yalnız humanitar təşəbbüs deyil, həm də uşaqların sağlam böyüməsi üçün Azərbaycanın gələcəyinə qoyulan strateji sərmayədir. Azər Türk Bank bu istiqamətdə səylərini davam etdirəcəkdir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page